RAF Fairford aviyabazası ilə bağlı hadisənin araşdırılması çərçivəsində, terror aktlarının hazırlanması şübhəsi əsasında Böyük Britaniya və İranın ikili vətəndaşlığı olan bir şəxs saxlanılıb

15:46, 02.10.2026

RAF Fairford aviyabazası ilə bağlı hadisənin araşdırılması çərçivəsində, terror aktlarının hazırlanması şübhəsi əsasında Böyük Britaniya və İranın ikili vətəndaşlığı olan bir şəxs saxlanılıb. “BBC” məlumat yayır.

Medianın məlumatına görə, 25 yaşlı kişi Londonun Vestminster şəhərində saxlanılıb. Eyni ərazidəki iki yaşayış evində axtarış aparılıb.

“Terrorizmə qarşı mübarizə polisi xarici dövlətin iştirakı da daxil olmaqla bütün mümkün istiqamətləri nəzərdən keçirir”, – Milli polis koordinatorunun müavini Viki Evans bildirib.

Polis ilkin olaraq Böyük Britaniya və İranın ikili vətəndaşlığı olan şəxsin 27 yaşında olduğunu və daha bir kişinin dindirildiyini bildirsə də, sonradan bu məlumatı təkzib edib.

Məlumat üçün bildirək ki, sentyabrın 27-də ABŞ hərbi aviasiyasının istifadə etdiyi “Fairford” bazasının yaxınlığında, üç furqonun yanında olan beş gənc saxlanılıb. Növbəti gün onlar polis tərəfindən müəyyən edilmiş şərtlərlə azadlığa buraxılıblar. Polis, ilkin məlumatların əksinə olaraq, furqonlarda heç bir partlayıcı maddə aşkar etmədiklərini və orada yalnız müəyyən miqdarda benzinin olduğunu bildirib.

Oxşar