Radoslav Sikorski bildirir ki, Polşa Belarusla sərhədin tamamilə bağlanmasını nəzərdən keçirir
Radoslav Sikorski bildirir ki, Polşa Belarusla sərhədin tamamilə bağlanmasını nəzərdən keçirir

Polşa Belarusla sərhədi tamamilə bağlamağı düşünür. Polşanın xarici işlər naziri Radoslav Sikorskinin TVN24 telekanalında dediyi kimi, Polşa hakimiyyəti Belarusla sərhəd-keçid məntəqələrinin tamamilə bağlanmasının Polşa iqtisadiyyatı və yerli əhali üçün nəticələrini öyrənir.

Sikorski iyunun əvvəlində Polşa-Belarus sərhədində baş vermiş insidentdən danışıb, polşalı sərhədçi miqrant tərəfindən bıçaqlanaraq həlak olub.

Nazir qeyd edib ki, məsələn, Finlandiya Rusiya ilə sərhəd keçidlərini bağlayıb.

Polşa xarici işlər nazirinin sözlərinə görə, ölkənin şərq sərhədində baş verənlər Rusiya və Belarus xüsusi xidmət orqanlarının tam nəzarətində olan əməliyyatdır.

“Belarus zabitlərinin bu insanlara Polşa əsgərini, sərhədçini necə vurmağı öyrətməsi xüsusilə sarsıdıcıdır. Bu, qətiyyən yolverilməzdir”, – deyə Radoslav Sikorski bildirib.

Onun sözlərinə görə, Varşava mümkün nəticələri təhlil etdikdən sonra qərar verəcək.

“Kaş ki, bu qərarların nəticələrini biz yox, Lukaşenko hiss etsəydi”, – Polşanın xarici işlər naziri deyib.