Radarlardan itən yolçu təyyarəsi "Boinq 737"-ün dağıntılarının Jakartanın şimalnda, dənizdə tapıldığı ehtimal olunur
Radarlardan itən yolçu təyyarəsi “Boinq 737”-ün dağıntılarının Jakartanın şimalnda, dənizdə tapıldığı ehtimal olunur.
Bu haqda məlumatı “Royter” agentliyi yerli televiziyaya istinadən yayır.
Yerli iqtidar nümayəndələrinin məlumatına görə, balıqçılar suda kabellər və metal parçalar tapıblar.
Xatırladaq ki, biraz bundan əvvəl məlum oldu ki, İndoneziyanın Sriwijaya Air aviaşirkətinə aid olan yolçu təyyarəsi radarlardan itdi.
Təyyarə bortunda 62 nəfər var idi.
Təyyarə Cakartadan Pantianaka şəhərinə reys həyata keçirirdi.
Avialayner Cakarta hava limanından yerli vaxt ilə, saat 02:30-da çıxdı və dörd dəqiqədən sonra dispetçerlə əlaqəsi kəsildi.
Ehtimal olunan hadisə yerində, axtarış işləri aparılır.