Radanın sədri - NATO barəsində Ukrayna konstitusiyasının formalaşdırılması danışıqlardan sonra müzakirə olunacaq
Ukrayna Ali Radasının sədri, Ruslan Stefançukun bəyan etdiyinə görə, Ukraynanın Avroatlantik strukturlarına cəhdlərinin formalaşdırılması müharibənin dayandırılması ilə bağlı danışıqlardan sonra müzakirə olunacaq. Məlumatı Ukrayna mediası yayır.
“Ukraynanın Avroatlantik inteqrasiyası yolu Ukrayna Konstitusiyasında yazılmış olunduğundan, bizim bu məsələdə çox yüksək səviyyədə legitimliyimiz var. Buna görə, danışıqlar aparanlar hansı yolla gedəcəklər baxacağıq və bundan sonra elə modelin axtarılmasına başlayacağıq ki, hansı da konsktitusiyaya ya zidd çıxmır və ya da konstitusiyanı bu hissədə dəyişmir”, – Stefançuk bəyan etdi.
Stefançukun sözlərinə görə, Ukrayna üçün vacibdir ki, bu razılaşmalar nəticəsində ilk növbədə təhlükəsizliyin bərpa olunması və ölkənin fəaliyyəti üçün təhlükəsizlik təminatlarının alınmasıdır.
“Buna görə, biz gözləyirik danışıqlar prosesində hansı formula fpormalaşdırılacaq və onun müzakirəsinə qoşulacağıq”, – Ukrayna Ali Radasının sədri qeyd etdi.