Poroşenkonun fraksiyası Mixeil Saakaşvilinin Ukraynadan Gürcüstana ekstradisiyasını tələb edir.
Radanın deputatı İrina Frizin dediyinə görə, o Gürcüstanın sabiq prezidentinin öz vətəninə ekstradisiyasını tələb edir.
“Saakaşvili prezidentin impiçmentini istəmir, o sadəcə olaraq, ölkədə zorakılıqdan istifadə edir. Onu utanc verici şəkildə qaçdığı vətəninə göndərməliyik” – dedi Friz.
Ukraynalı deputatın dediyinə görə, Saakaşvili Ukraynadan uzaqda olmalıdır, çünki o Ukraynanın gələcəyi üçün təhlükə yaradır.
“Bu adam sadəcə zorakılıq və hökm sürmək istəyir və buna görə də, dövlət institutlarını dağıdır” – dedi Friz.
Xatırladaq ki, Saakaşvili və onun tərəfdarları Oktyabr sarayını dünən basqınla almağa cəhd etdilər, ancaq daha sonra, Mixeil Saakaşvili bəyan etdi ki, zorakılıqla iqtidar başına keçmək istəmir və Ukrayna iqtidarı ona qarşı provokasiya edir.