Rabitə Komissiyasının Media Akademiyasında jurnalistlər üçün seminar keçirilib - “Baş obrazı necə tapmaq olar”
Rabitə Komissiyasının Media Akademiyasında jurnalistlər üçün “Baş qəhrəmanı necə tapmaq olar?” mövzusunda seminar keçirilib. Seminara dramaturq Basa Janikaşvili rəhbərlik edib, o, öz hekayə dramaturgiyası təcrübəsini iştirakçılarla bölüşüb.
İki gün davam edən görüşdə nəzəri hissə ilə yanaşı, praktiki tapşırıqlar da yer alıb və bu tapşırıqlar çərçivəsində jurnalistlər hekayəni xəbərə çevirməyi, onu müxtəlif prizmadan izah etməyi və tənqidi təhlil metodlarını öyrəniblər. Bununla yanaşı, gözə görünməyən, lakin onlarsız da tam mənzərə yaratmaq mümkün olmayan hadisələr haqqında məlumatlar əldə ediblər.
Seminarın sonunda Media Akademiyası tərəfindən iştirakçılara müvafiq sertifikatlar təqdim olunub.
Media standartının inkişaf etdirilməsi və bu sahədə çalışan insanların ixtisasının artırılması məqsədilə Media Akademiyası artıq beşinci ildir ki, tam ödənişsiz olaraq sahə üzrə aparıcı mütəxəssislərin seminar və təlimlərini həyata keçirir.
Məlumatı Rabitə Komissiyasının mətbuat xidməti yayıb.
Müəllif -
Mehemmed Bayramaliyev