Rabitə Komissiyası Xobidə "Rəqəmsal Dəstək Proqramı"na başladı
Rabitə Komissiyası Xobidə "Rəqəmsal Dəstək Proqramı"na başladı

 
Rabitə Komissiyası Xobidə “Rəqəmsal Dəstək Proqramı”na başladı, proqram çərçivəsində Xobi Munisipalitetinin merinin müavinləri və merin inzibati vahidlər üzrə nümayəndələri üçün informasiya məqsədli görüş keçirildi. Görüş proqram və rəqəmsal bacarıqların inkişafı ehtiyacları haqqında məlumatlılığın artırılmasına xidmət edirdi.

“Rəqəmsal Dəstək Proqramı” çərçivəsində yerli sakinlərə mütəxəssislərin köməyi ilə məlumatların axtarışı, e-poçtdan istifadə, “Google”un xəritə və tərcümə xidmətindən istifadə ilə bağlı Xobi Munisipalitetinin iyirmi hədəf kəndində seminarların keçirilməsi planlaşdırılır, eləcə də onlar məkan paylaşımı və onlayn ünsiyyət vasitələrindən istifadə üzrə təlim keçəcəklər.

Xatırladaq ki, rəqəmsal dəstək proqramı dövlət internetləşdirmə proqramına dəstək olaraq həyata keçirilən “Log-in Georgia” layihəsinin tərkib hissəsidir. “Log-in Georgia” Gürcüstanın 500 000-ə qədər kənd sakinini yüksək keyfiyyətli internetlə təmin etmək imkanının yaradılması və rəqəmsal xidmətlərdən faydalı istifadəni təşviq etmək məqsədi daşıyır. Layihə Dünya Bankı və Avropa İnvestisiya Bankı tərəfindən birgə maliyyələşdirilir.

Məlumatı Rabitə Komissiyası yayır.