Rabitə Komissiyası - 2023-cü ildə mobil xidmətlərdən "Magticom" un əldə etdiyi gəlir 42 milyon, "Silknet"in 35 milyon və "Cellfie Mobile"ın isə 14 milyon artıb
Rabitə Komissiyası - 2023-cü ildə mobil xidmətlərdən "Magticom" un əldə etdiyi gəlir 42 milyon, "Silknet"in 35 milyon və "Cellfie Mobile"ın isə 14 milyon artıb

 

Rabitə Komissiyasının 2023-cü il üzrə hesabatına əsasən, 2022-ci illə müqayisədə mobil operatorlar üçün pərakəndə xidmətlərdən əldə edilən gəlir 92 milyon lari artıb və 788 milyon lari təşkil edib, bunun 49 %-ni “Magticom”, 35 %-ni “Silknet”, 16% -ni isə “Cellfie Mobile” təşkil edir. Bu haqda məlumatı Rabitə Komissiyası yayır.

Komissiyanın məlumatında, “Magticom” un keçən illə müqayisədə mobil xidmətlərdən 42 milyon lari daha çox gəlir əldə etdiyi və 385 milyon lari təşkil etdiyi deyilir. “Silknet”in gəliri 35 milyon artıb və 275 milyona bərabər olub. “Cellfie Mobile” isə 2022-ci illə müqayisədə 14 milyon lari daha çox gəlir əldə edib və gəliri ümumilikdə 127 milyon lariyə çatıb.

“2023-cü ilin göstəricilərinə əsasən, ay ərzində bir abunəçidən əldə edilmiş orta gəlir (ARPU) əvvəlki illə müqayisədə 8% artıb və 12,8 lari təşkil edib. Operatorlar seksiyasında isə 2023-cü ildə “Magticom” üçün ARPU göstəricisi 0,5 lari artıb və 14,6 lari olub. 2022-ci illə müqayisədə “Silknet” üçün eyni göstərici 1,2 lari artıb və 13,3 lariyə bərabər olub. “Cellfie Mobile”a gəlincə, onun üçün ARPU 1,2 lari artıb və 8,9 lari təşkil edib. “Halo” halında isə ARPU 1,5 lari artıb və 8,5-ə bərabər olub” – məlumatda deyilir.