Quru Nəqliyyatı Agentliyinin rəhbərliyi ilə yük daşıyıcıları arasında razılıq əldə olunub
Quru Nəqliyyatı Agentliyinin rəhbərliyi ilə yük daşıyıcıları arasında razılıq əldə olunub

 
Quru Nəqliyyatı Agentliyinin rəhbərliyi ilə yük daşıyıcıların nümayəndələri arasında işgüzar görüş keçirilib.

İqtisadiyyat Nazirliyinin Mətbuat Xidməti, agentliyin nümayəndələrinin məhdud icazələrin ədalətli, optimal bölgüsü və icazələrin verilməsi qaydası ilə bağlı planı iclas iştirakçılarına, o cümlədən etiraz aksiyalarının iştirakçılarına təqdim etdikləri haqqında məlumat yayır.

Verilmiş məlumata əsasən, agentliyin rəhbərliyi bu prosesdə iştirak etmək məqsədilə yük daşıyıcıların vahid təşkilati formada birləşdirilməsini təklif edib. Yük daşıyıcıları aksiyanı dayandıraraq, üçüncü ölkəyə / ölkədən məhdud tipli icazələrin verilməsi ilə bağlı agentliklə əlaqələndirilmiş əməkdaşlığa hazır olduqlarını bildiriblər.

“Biz görüş iştirakçılarını tərəfdaş ölkələrlə əməkdaşlıq çərçivəsində agentlik tərəfindən beynəlxalq yük daşımalara icazə kvotalarının müəyyən edilməsi prosedurları, eləcə də eyni ölkələrdən məhdud, üçüncü ölkəyə və ya üçüncü ölkədən yük daşıma tipli icazələrin verilməsində yaranan çətinliklər barədə ətraflı məlumatlandırdıq” – agentliyin direktoru qeyd edib.

Levan Qamğrelidze, agentliyin xidmət ofislərinin həddindən artıq yüklənmədən fəaliyyət göstərməsi üçün martın 18-dən etibarən icazələrin zəng mərkəzi vasitəsilə deyil, tərtib edilmiş siyahılar və qrafikə əsasən müraciətlər əsasında verildiyini bildirib. Bununla yanaşı, prosesin tam şəffaf olması üçün icazənin veriləcəyi yük daşıyıcıların siyahıları agentliyin rəsmi internet saytında və xidmət ofislərində yerləşdirilir.