Qurcaanidə polis qətl faktı üzrə bir nəfəri yaxaladı
Qurcaanidə polis qətl faktı üzrə bir nəfəri yaxaladı

Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 1969-cu il təvəllüdlü M.Ç.-nı qəsdən adam öldürmə ittihamı ilə yaxaladılar. Məlumatı Daxili İşlər Nazirliyi yayır.

İdarənin məlumatına görə, istintaq müəyyən etdi ki, təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zəminində kənd sakini – 1975-ci il təvəllüdlü L.İ.-nin bədəninə soyuq silahla xəsarət yetirdi. Yaralı xəstəxanaya gətirilən kimi  dünyasını dəyişdi.

“Hüquqmühafizəçilər cinayətdə təqsirləndirilən şəxsi hadisədən az sonra, isti izlərlə həbs etdilər. Polis cinayət silahını – bıçağı dəlil kimi götürdü.

Qəsdən adam öldürmə faktı ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır. Cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur”, – DİN-in məlumatında deyilir.