Qurcaanidə fılakət problemlər yaratdı - yarğanlar aşdı, yaşayış evlərini su basdı və məhəllə yolları zədələndi
Qurcaanidə fılakət problemlər yaratdı - yarğanlar aşdı, yaşayış evlərini su basdı və məhəllə yolları zədələndi

Qurcaaniyə gecə saatlarında gələn təbii fəlakət munisipalitetdə problemlər yaratdı, – bu barədə Qurcaani Munisipaliteti Meiryası məlumat yayır.

Elə onların məlumatına görə, çoxlu yağış nəticəsində kəndlərdə yarğanlar aşdı, yaşayış evlərini su basdı və məhəllə yolları zədələndi.

Qurcaani Meriyasının məlumatına görə, saat 05:00-dan Qurcaani munisipalitetinin meri, Zurab Utiaşvilinin rəhbərlik etdiyi operativ qərargah ləğvetmə işlərinə başladı.

“Qərargahın işinə Meriyanın inzibati xidmətinin rəhbəri, Xviça Simonişvili və “Qurcaani Munisipal Servisinin” rəhbəri, Aleksandr Teteloşvili qoşulub.

“Qurcaani Munisipal Servisi” səhərdən xüsusi texnika vasitəsilə evlərdən suların çəkilməsini, dərələrin təmizlənməsini həyata keçirir. Güclü yağışlar Qurcaani şəhərinin Nutsubidze küçəsindəki evin dayaq divarını uçurdu. Qurcaani meri Zurab Utiaşvili vəziyyətlə yerində tanış oldu.

Qurcaani munisipalitetində təbii fəlakətin aradan qaldırılması işləri davam etdirilir”, – Qurcaani Munisipaliteti Meiryasının məlumatında deyilir.