Qurcaani Munisipalitetində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər həlak olub
Qurcaani Munisipalitetində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər həlak olub

 

Qurcaani Munisipalitetində baş verən yol-nəqliyyat hadisəsi insan tələfatı ilə sonlanıb.

Mövcud məlumata əsasən piyada yolu keçmək istəyən zaman avtomobil onu vurub. Nəticədə yaşı 60-dək olan qadın yerindəcə dünyasını dəyişib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər və istintaq hərəkətləri aparılır.