Gürcüstan Daxili İşlər Nazirliyinin Quriya Polis Departamentinin Çoxatauri rayon şöbəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq fəaliyyətləri nəticəsində 1995 – ci təvəllüdlü, keçmişdə məhkum olunmuş və hazırda şərti azadlıqda olan Ş.S. qəsdən adam öldürmə maddəsi ilə həbs edilib.
“İstintaqla müəyyən edilib ki, bu il sentyabrın 28-də Çoxatauri bələdiyyəsinin Qoqolisubani kəndində təqsirləndirilən şəxslər qarşılıqlı mübahisə zəminində 2000-ci il təvəllüdlü A.S-nin bədəninə soyuq silahla xəsarət yetirib və hadisə yerindən gizləniblər.
Hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində təqsirləndirilən şəxs Çoxataurinin Qoqolisubani kəndində saxlanılıb. Polis cinayət silahını – bıçağı sübut kimi göstərib”, – Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
Qəsdən adam öldürmə faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq davam etdirilir. Cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Müəllif -
Mehemmed Bayramaliyev