Quram Tavartkiladze adına Universitetdə Gürcü-Ukrayna Dillər və Mədəniyyət İnstitutu açılıb
Quram Tavartkiladze adına Universitetdə Gürcü-Ukrayna Dillər və Mədəniyyət İnstitutu açılıb

 

Quram Tavartkiladze adına Universitetdə Gürcü-Ukrayna Dillər və Mədəniyyət İnstitutu açılıb.

İnstitutun məqsədi ukraynalıların və gürcülərin mədəniyyətlərarası dialoqu və təhsil elmi istiqamətini gücləndirmək və təşviq etməkdir.

Keçirilən rəsmi açılışda Ukraynanın Gürcüstandakı səfiri vəzifəsini icra edən Andrey Kasyanov hibrid formatda, Gürcüstan və Amerikadakı Ukrayna diasporunun nümayəndələri, Ukraynadakı gürcü diasporunun nümayəndələri, Gürcüstanın Təhsil və Elm Nazirliyindən dəvət olunmuş qonaqlar, Gürcüstandakı Ukrayna məktəbinin direktoru və Ukrayna məktəb və universitetlərinin nümayəndələri iştirak ediblər. İnstitut bu gündən fəaliyyətə başlayır.