Quram Maçaraşvili - Mixail Kavelaşvili vaxtı ilə gürcü idmanının adını çəkib, indi isə gürcü siyasətinin adını çəkir, prezident öz ölkəsində xarici gücü təmsil etməməlidir
Mixail Kavelaşvili vaxtı ilə gürcü idmanının adını çəkib, indi də gürcü siyasətinin və ölkəsinin adını çəkir. – Bu barədə “Xalq hakimiyyəti” partiyasının icraçı katibi Quram Maçaraşvili məlumat verib.
Maçaraşvilinin sözlərinə görə, “Kavelaşvili öz ölkəsinə aşiqdir və prinsipial olaraq, güzəştsiz olaraq Gürcüstan cəmiyyətinin mütləq əksəriyyətinin tutduğu mövqeləri müdafiə edir”.
“Əgər prezident institutunda çatışmazlıq varsa, bu, gürcü kimliyidir. Gürcüstan prezidenti elə adam olmalıdır ki, cəmiyyət ona ölkəni sevdiyini hiss etsin. Prezident öz ölkəsində xarici gücü təmsil etməməlidir”. Quram Maçaraşvili bildirib.
“Gürcü arzusu” Mixail Kavelaşvilini prezidentliyə namizəd kimi təqdim edib.