Quram Maçaraşvili - biz Avropa İttifaqına daxil olmaq istəyirik, müxalifət isə, hakimiyyətə gəlmək istəyir, məqsədlər fərqli olanda razılaşma çətindir
Biz Avropa İttifaqına daxil olmaq istəyirik, müxalifət isə, hakimiyyətə gəlmək istəyir. Biz Gürcüstanı Avropa Birliyinə daxil edəcək plan istəyirik, onlar isə, onları hakimiyyətə gətirəcək plan istəyirlər, – bu barədə Parlamentin prosedur məsələləri Komitəsinin sədr müavini, Quram Maçaraşvili bəyan etdi.
Elə onun sözlərinə görə, müxalifətlə iqtidar komandası arasında mövqelər fərqli olanda razılaşma çətindir.
“Problem ondadır ki, bizim fərqli məqsədlərimiz var. Biz Avropa İttifaqına daxil olmaq istəyirik, müxalifət isə, hakimiyyətə gəlmək istəyir. Biz Gürcüstanı Avropa Birliyinə daxil edəcək plan istəyirik, onlar isə, onları hakimiyyətə gətirəcək plan istəyirlər. Fərq bundadır və məqsədlər fərqli olanda razılaşma çətindir. Onların bəyanatları belə olub ki, “Gürcü Arzusu” Avropa Komissiyasının tələblərini yerinə yetirməyəcək və insanlar aksiyaya gələcəyini bəyan etdilər, lakin 12 bəndlik planı həyata keçirməyə başladığımızı görüb, ictimaiyyətə bildirdilər ki, bu, sizin düşündüyünüz plan deyil və biz də onun bizi hakimiyyətə gətirəcəyi bir plan yaradacağıq. Alsiyaya gələn xalq Avropaya daxil olmaq planını gözləsə də, müxalifəti və qeyri-hökuməti hakimiyyətə gətirmək planı gördü, buna görə, aldıqları nəticəni aldılar”, – Quram Maçaraşvili bəyan etdi.