Quram Maçaraşvili bildirir ki, Kaxa Kuçava deputat mandatını da tərk edir
Parlamentin prosessual məsələlər komitəsinin sədr müavini Quram Maçaraşvilinin sözlərinə görə, Kaxa Kuçava deputat mandatını da tərk edir.
Maçaraşvilinin jurnalistlərə verdiyi məlumata görə, Kaxa Kuçava parlamenti tərk etsə də, hakim komandada qalır. Onun sözlərinə görə, bu məsələ həm siyasi şurada, həm də çoxluqda müzakirə olunub.
“Parlamentin sədri vəzifəsindən istefa verməsinin səbəblərini Kaxa Kuçava özü açıqlayıacaq. Mən və həmkarlarım az-çox böyük layihədən xəbərdarıq, onun haqqında öz arzu və fikirləri var. O, komandada, siyasi şurada, partiyada vəzifədə qalıb, ictimaiyyətin tezliklə öyrənəcəyi istiqamətə yön verəcək. O, parlament sədrinin fəaliyyətini yaxşı yerinə yetirib və parlamentin ən uğurlu sədrlərindən biri olub”, – Maçaraşvili bildirib.
Kaxa Kuçava Gürcüstan parlamentinin sədri vəzifəsindən istefa verib. “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze partiyanın ofisində keçirilən brifinqdə bildirib ki, parlamentin sədri vəzifəsini Şalva Papuaşvili icra edəcək.