Qumatidə aksiya iştirakçıları və hüquqmühafizəçilər arasında qarşıdurma zamanı səkkiz nəfər yaxalandı
Qumatidə aksiya iştirakçıları və hüquqmühafizəçilər arasında qarşıdurma zamanı səkkiz nəfər yaxalandı. Bu barədə məlumatı gürcüstanın Birinci Kanalına DİN-də təsdiq etdilər.
İdarənin məlumatına görə, hər səkkiz nəfəri İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş qanunvericiliklə yaxaladılar.
Qumati kəndində vəziyyət az öncə gərginləşdi. “NamaxvanSES”-ə qarşı çıxanlar dəmir barrikadaların o biri tərəfinə keçməyə çalışırdılar. Hadisə yerinə hüquqmühafizəçilər səfərbər olunublar.
Bununla yanaşı, DİN bəyanat yaydı. İdarə Qumatidə toplaşanlara müraciət edirik, polisin qanuni tələblərinə tabe olsunlar və ifadə azadlğının qanunla yol verilmiş çərçivəni aşmasınlar. DİN-in məlumatına görə, polis ona verilmiş mandat çərçivəsində hərəkət edəcək və qanun pozuntusunun istənilən faktına münasibət bildirəcək.