Quqa Kaşibadze uşaqlar arasında günəş yanığı hallarının təxminən 20-30 faiz artdığını bildirir
Quqa Kaşibadze uşaqlar arasında günəş yanığı hallarının təxminən 20-30 faiz artdığını bildirir

 

Yanıq mərkəzinin rəhbəri Quqa Kaşibadze azyaşlı uşaqlar arasında günəş yanığı hallarının təxminən 20-30 faiz artdığını bildirir. Bu barədə Gürcüstanın Birinci Kanalına Kaşibadze məlumat verib. O , bu il 30 uşağın mərkəzə yanıq şikayəti ilə müraciət etdiyini əlavə edib.

“Təəssüf ki, azyaşlı uşaqlar arasında günəş yanığı halları təxminən 20-30 faiz çoxdur. Bu günəş şüası qəbul etməklə əlaqəli yanıq deyil. Sadəcə uzun müddət hovuz kənarında, çimərlikdə oynayırlar və körpələrin dərisi çox nazikdir. Günəş altında uzun müddət vaxt keçirmək olduqca ciddi yanıq xəsarətləri ilə nəticələnir . Hazırda vəziyyəti ağır olan beş yaşlı uşaq stasionarda müalicə olunur, o elə ciddi yanıq xəsarəti almışdı ki, stasionarda müalicəyə, qan köçürülməsinə, ambulator müayinələrə, və s. ehtiyacı oldu.

Ən ağır yanma halı bu il qeydə alındı, mərkəzə iki yaşlı uşaq gətirildi. O, reanimasiyaya yerləşdirildi. Uşaq Batumidən gətirilmişdi, onların Gürcüstan vətəndaşlığı yox idi. O, uzun müddət hovuz kənarında oynamışdı. Həmçinin bu il müxtəlif yaşlarda olan 30-a yaxın uşaq mərkəzə müraciət edib. Ən balacasının iki yaşı var idi. Təəssüf ki, bizə müraciət edən 10 yaş altı uşaqların sayı çoxdur” -deyə Quqa Kaşibadze bildirib.

Bununla yanaşı, Kaşibadze bu il cəmi iki əncir yarpağı mayesi ilə yanma faktının qeydə alındığını bildirib .

“Xoşbəxtlikdən bu il əncir yarpağı mayesi ilə yanma faktları olduqca az idi. Bir dəfər 14 yaşlı uşaq əncir yarpağı mayesi ilə yanmışdı, ikinci hal isə Kutaisidə qeydə alınmışdı. İki belə hal yaşanmışdı. Gələn il oxşar halların ümumiyyətlə qeydə alınmayacağına böyük ümidim var” – deyə Kaşibadze Birinci Kanala bildirib.