Quqa Kaşibadze dekabrda pirotexniki vasitələrlə 30 xəsarət alma faktının qeydə alındığını bildirir
Yanıq Mərkəzinin rəhbəri Quqa Kaşibadze dekabrda pirotexniki vasitələrlə 30 xəsarət alma faktının qeydə alındığını bildirir.
O, 30 halın hamısının yüngül olduğunu, pasiyentlərin hamısının vəziyyətinin stabil olduğunu bildirib.
“Xəsarət alanların stasionarda müalicəyə ehtiyacı yox idi, lakin təcrübəmizə istinad edərsək ciddi hallar hələ qarşıdadır”-deyə Quqa Kaşibadze açıqlayıb.
Bununla yanaşı, Quqa Kaşibadze vətəndaşları diqqətli olmağa çağırıb.
“Əhaliyə bunun oyun və ya əyləncə olmadığına dair xəbərdarlıq etmək istəyirəm. Bu, ailədəki uşaqların əylənə biləcəyi bir şey deyil. Onlar diqqətli olmalıdırlar. Təlimatlara ciddi əməl etsək belə, bəzi hallarda ciddi xəsarətlər ala bilərik. Yaxşı olar ki, nə yaxın dursunlar, nə də partlatmasınlar”-deyə Quqa Kaşibadze açıqlayıb.