Quduzluğa yoluxma halı ilə əlaqədar Xonidə karantin elan ediləcək
Quduzluğa yoluxma halı ilə əlaqədar Xonidə karantin elan ediləcək

 

Quduzluğa yoluxma halı ilə əlaqədar Xonidə karantin elan ediləcək-bu barədə Gürcüstanın Birinci Kanalına Xoni Munisipalitetinin meri Lado Curxadze açıqlayıb.

Mer itin üç uşağı dişlədiyini deyib. Fakt ötən həftə baş verib. Onların hər üçü quduzluğa qarşı peyvənd olunub, lakin bir uşağa digər xəstəlik səbəbindən immuniteti gücləndirən dərman vurulmayıb. Uşaqlar həkimlərin nəzarətindədirlər.

Quduzluğa yoluxma halı bu gün təsdiqlənib. Hazırda itlə təmasda olan 15 nəfərin şəxsiyyəti müəyyən edilib.