Qüdsdə Benyamin Netanyahunun evinin yanında girovların azad edilməsi və atəşkəs tələbi ilə aksiya keçirilib
Qüdsdə Benyamin Netanyahunun evinin yanında girovların azad edilməsi və atəşkəs tələbi ilə aksiya keçirilib

Qüdsdə, Baş nazir Benyamin Netanyahunun evinin yanında yüzlərlə nümayişçi girovların azad edilməsi və atəşkəs tələbi ilə çıxış edib. Məlumatı yerli media yayır.

Polis nümayişçilərin ətrafında barrikadalar qurub. Mitinqdə israilli girovların ailə üzvləri çıxış edirlər.

“Sizin qərarlarınız onların ölümünə aparır”, – Girovlardan birinin ailə üzvü Netanyahuya müraciət edir.

İsrail Müdafiə Qüvvələrinin Rəfahda “HƏMAS” tunelində 6 girovun cəsədini tapmasından sonra ölkə miqyasında etiraz aksiyaları keçirilir.