Qüdsdə Benyamin Netanyahunun evinin yaxınlığında keçirilən etiraz aksiyasında beş nümayişçi həbs edilib

15:36, 28.12.2024

Qüdsdə Benyamin Netanyahunun evinin qarşısında keçirilən etiraz aksiyasında 5 nümayişçi həbs edilib. Məlumatı yerli media yayıb.

Benyamin Netanyahunun evinin qarşısında girovların azad edilməsi tələbi ilə nümayiş keçirilib. Nümayişdə 20-yə yaxın adam iştirak edib. Netanyahunun evinin yaxınlığındakı nümayişçilər Qəzzada “HƏMAS” tərəfindən girov götürülən insanların əziyyət çəkdiklərini səsləndirib.

Yerli medianın məlumatına görə, təxminən 20 dəqiqədən sonra etirazçılar dağılışıb, bu zaman polis onları saxlayıb və sorğu-sual üçün yaxınlıqdakı polis bölməsinə aparılıb. Polis onların səs-küyə görə həbs edildiyini bildirir.

Oxşar