Qudauridə Sərhəd Polisinə məxsus helikopterin qəzaya uğraması ilə əlaqədar olaraq Mtsxeta-Stepantsminda-Larsi yolunun 94-cü kilometrliyində bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib
Qudauridə Sərhəd Polisinə məxsus helikopterin qəzaya uğraması ilə əlaqədar olaraq Mtsxeta-Stepantsminda-Larsi yolunun 94-cü kilometrliyində bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib

 

Qudauridə Sərhəd Polisinə məxsus helikopterin qəzaya uğraması ilə əlaqədar olaraq Mtsxeta-Stepantsminda-Larsi yolunun 94-cü kilometrliyində bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.

Bu barədə Gürcüstan Avtomobil Yolları Departamenti məlumat yayır.

“Qudauridə, beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun 94-cü kilometri yaxınlığında Daxili İşlər Nazirliyinin Sərhəd Polisinə məxsus helikopterin qəzaya uğraması ilə əlaqədar olaraq , yolun sözügedən hissəsində xilasetmə tədbirləri başa çatana qədər bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti qadağan edilib”- deyə Avtomobil Yolları İdarəsindən bildirilir