Qudauridə saatda 1800 sərnişin daşıya biləcək yeni kanat yolunun tikintisi planlaşdırılır
Qudauridə saatda 1800 sərnişin daşıya biləcək, uzunluğu 2800 metr olacaq yeni kanat yolu tikməyi planlaşdırırıq – bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin iclasında açıqlayıb.
Baş nazir Qudaurinin iki xizək trasında qar yağdırma sisteminin quraşdırılacağını, bunun da qonaqlar üçün daha da rahat olacağını bildirib.
“Qudauridə yeni kanat yolu tikməyi planlaşdırırıq. Tutumu saatda 1800 sərnişin, uzunluğu isə 2800 metr olacaq. Həmçinin Qudauridə iki xizək trasında qar yağdırma sistemi quraşdıracağıq ki, bu da qarın yetərincə olmadığı mövsüm də daxil olmaqla istirahət edən insanlar, vətəndaşlarımız üçün daha da rahat olacaq. Qar yağdırma sistemi vətəndaşlarımıza, təkcə vətəndaşlara deyil, həm də turistlərə kömək edəcək və daha rahat dincələcəklər” – deyə İrakli Ğaribaşvili qeyd edib.