Qudauridə qətl işi üzrə ittiham olunan Merab Kobiaşviliyə qarşı andlı hakimlər bəraət qazandırıcı verdikt çıxardılar
Qudauridə 28 yaşlı Tamaz Qortamaşvilinin qətl işi üzrə ittiham olunan Merab Kobiaşviliyə qarşı andlı hakimlər bəraət qazandırıcı verdikt çıxardılar.
Andlı hakimlərin məhkəmə qərarı az öncə məlum oldu.
“İşdə bir çox şahid təqdim olunmuşdu, həmçinin çoxlu video-yazı. Birmənalı olaraq bəyan etmək istəyirəm ki, ittihamçı tərəfin bütün şahidlərin ifadələri inandırıcı deyildi, etibarlı deyildi. Onlar dəfələrlə istintaqı səhvə saldılar və sonra cəhdləri var idi ki, andlı hakimləri də səhvə salsınlar. Bir sıra dəlillə təsdiq olunur ki, Merab Kobiaşvili günahsızdır”, – vəkil, Tariel Kakabadze bəyan etdi.
Tamaz Qortamaşvilini Qudauridə 16 fevralda qətlə yetirdilər. Daha birini isə, yaraladılar. Merab Kobiaşvilini qəsdən qətl və qətl cəhdi faktı üzrə yaxaladılar. Eləcə də Prokurorlu Merab Kobiaşviliyə qarşı qrup şəklində həyata keçirilən zoraklıq faktı üzrə altı şəxsə qarşı ittiham irəli sürdü.