Qudauridə faciə zamanı həlak olanların xatirəsini yad etmək üçün, Gürcüstanın xaricdəki diplomatik nümayəndəlik və konsulluqlarının binaları üzərində dövlət bayrağı endirdi
Qudauridə faciə zamanı həlak olanların xatirəsini yad etmək üçün, Gürcüstanın xaricdəki diplomatik nümayəndəlik və konsulluqlarının binaları üzərində dövlət bayrağı endirdi.
Gürcüstanın baş nazirinin sərəncamına əsasən, 30 iyul Matəm Günü elan edildi.
Daxili İşlər Nazirliyinin məlumatına görə, iyulun 29-da Qudauri yaxınlığında iki nəfər paraplanla uçarkən qayalıq yamaca düşdü. Xilasetmə əməliyyatına Sərhəd Polisinə məxsus helikopter cəlb olunub, hansı da tədbir zamanı idarəsini itirdi və qəzaya uğradı. Helikopterin göyərtəsində dörd ekipaj üzvü, o cümlədən Daxili İşlər Nazirliyinin fövqəladə halların idarə olunması xidmətinin iki xilasedicisi və Səhiyyə Nazirliyinin fövqəladə halların koordinasiyası və təcili yardım mərkəzinin iki həkimi var idi. Hadisə yerinə gələn Daxili İşlər naziri, Vaxtanq Qomelaurinin sözlərinə görə, helikopterdə olan 8 nəfərin hamısı həlak oldu.
Daxili işlər nazirinin sözlərinə görə, xarici turist də halak oldu, hansının xilas edilməsi üçün əməliyyat aparılırdı. Bununla yanaşı, paraplanın düşməsi nəticəsində xəsarət alan bir nəfər də klinikaya yerləşdirildi.
Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili başsağlığı məktubunda bəyan etdi ki, Qudauridə baş verən faciə ilə əlaqədar 30 iyul ölkədə matəm günü elan edildi.