Qudauridə baş verən faciə ilə əlaqədar, bu gün ölkədə Matəm Günüdür
Qudauridə baş verən faciə ilə əlaqədar, i30 iyul ölkədə Matəm Günü elan edildi. Bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvilinin başsağlığı məktubunda deyilir.
Daxili İşlər Nazirliyinin məlumatına görə, iyulun 29-da Qudauri yaxınlığında iki nəfər paraplanla uçarkən qayalıq yamaca düşdü. Xilasetmə əməliyyatına Sərhəd Polisinə məxsus helikopter cəlb olunub, hansı da tədbir zamanı idarəsini itirdi və qəzaya uğradı. Helikopterin göyərtəsində dörd ekipaj üzvü, o cümlədən Daxili İşlər Nazirliyinin fövqəladə halların idarə olunması xidmətinin iki xilasedicisi və Səhiyyə Nazirliyinin fövqəladə halların koordinasiyası və təcili yardım mərkəzinin iki həkimi var idi.
Hadisə yerinə gələn Daxili İşlər naziri, Vaxtanq Qomelaurinin sözlərinə görə, helikopterdə olan 8 nəfərin hamısı həlak oldu. Daxili işlər nazirinin sözlərinə görə, xarici turist də halak oldu, hansının xilas edilməsi üçün əməliyyat aparılırdı. Bununla yanaşı, paraplanın düşməsi nəticəsində xəsarət alan bir nəfər də klinikaya yerləşdirildi.