Qudauri (Posta)-Kobi hissəsində yedəkli və yarımyedəkli avtonəqliyyatın hərəkəti qadağandır
Gürcüstan Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, qar və şaxta səbəbindən, beynəlxalq əhəmiyyətli Msxeta-Stepansminda-Larsi avtomobil yolunun Qudauri(Posta) -Kobi hissəsində yedəkli və yarımyedəkli avtonəqliyyat vasitəsinin hərəkəti qadağandır. Başqa növ avtonəqliyyatın hərəkəti sərbəstdir.
Milli Mühit Agentliyinin məlumatına görə, Qudauri(Posta) -Kobi hissəsində avtonəqliyyatın hərəkəti dayanmadan keçmə rejimində, yalnız tunellərin istifadəsi ilə həyata keçiriləcək.