Qudauri (Posta)-Kobi hissəsində yedəkli və yarımyedəkli avtonəqliyyatın hərəkəti qadağandır
Qar və şaxta səbəbindən, beynəlxalq əhəmiyyətli Msxeta-Stepansminda-Larsi avtomobil yolunun Qudauri(Posta) -Kobi hissəsində yedəkli və yarımyedəkli avtonəqliyyat vasitəsinin hərəkəti qadağandır
Bu barədə məlumatı Gürcüstan Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayır.
“Başqa növ avtonəqliyyatın hərəkəti sərbəstdir.
Milli Mühit Agentliyinin məlumatına görə, Qudauri(Posta) -Kobi hissəsində avtonəqliyyatın hərəkəti dayanmadan keçmə rejimində, yalnız tunellərin istifadəsi ilə həyata keçiriləcək”, – məlumatda deyilir.