Qudauri (Posta)-Kobi hissəsində yedəkli və yarımyedəkli avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edildi
Qudauri (Posta)-Kobi hissəsində yedəkli və yarımyedəkli avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edildi

Gürcüstanın Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, təmizləmə işləri nəticəsində beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri (Posta)-Kobi hissəsində yedəkli və yarımyedəkli avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edildi.

“Milli Ətraf Mühit Agentliyi tərəfindən verilən məlumatda Mleta-Qudauri və Qudauri (Posta)-Kobi hissələrində avtonəqliyyat vasitələrinin hərəkətinin dayanmadan həyata keçiriləcəyi deyilir. Qudauri (Posta)-Kobi hissəsində, yalnız qar uçqunundan qorunma tunelləri vasitəsilə.

Tunellərdə yüdəkli, yarımyedəkli və tutumu 30 yerdən çox olan avtobusların hərəkəti birtərəfli qaydada həyata keçiriləcək” – məlumatda deyilir.