Qudauri (Posta)-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib
Qar və şiddətli şaxta səbəbilə beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri (Posta)-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib. Məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayır.
Qurumdan verilən məlumatda sözügedən hissədə digər növ avtonəqliyyat vasitələrinin hərəkətinin sərbəst olduğu deyilir.
Bununla yanaşı, yolun qalan hissələrində nəqliyyatın hərəkəti sərbəstdir.