Qudauri (Posta)-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib
Qudauri (Posta)-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib

 
Aparılmış təmizləmə işləri nəticəsində beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri (Posta)-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib-bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsinin yaydığı məlumatda deyilir.

Mleta-Qudauri və Qudauri (Posta)-Kobi hissələrində nəqliyyatın hərəkəti dayanmadan, Qudauri (Posta)-Kobi hissəsində isə yalnız qar uçqunundan mühafizə tunelləri vasitəsilə həyata keçiriləcək. Tunellərdə qoşqulu, yarımqoşqulu və sərnişin tutumu 30-dan çox olan avtobusların hərəkəti birtərəfli həyata keçiriləcək.

Qeyd olunan rejimdə hərəkət patrul polisinin bilavasitə nəzarəti və koordinasiyası ilə həyata keçiriləcək.