Qudauri (Posta)-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib
Qudauri (Posta)-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib

 

Təmizləmə işləri nəticəsində beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri (Posta)-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

Bu barədə məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayır.

“Milli Ətraf Mühit Agentliyi tərəfindən verilən məlumatda Mleta-Qudauri və Qudauri (Posta)-Kobi hissələrində avtonəqliyyat vasitələrinin hərəkətinin dayanmadan həyata keçiriləcəyi deyilir. Qudauri (Posta)-Kobi hissəsində, yalnız qar uçqunundan qorunma tunelləri vasitəsilə.

Tunellərdə qoşqulu, yarımqoşqulu və tutumu 30 yerdən çox olan avtobusların hərəkəti birtərəfli qaydada həyata keçiriləcək” – deyə idarənin məlumatında deyilir.