Qudauri (Posta)-Kobi hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib
Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri (Posta)-Kobi hissəsində qar uçqunu təhlükəsi yüksək səviyyədədir, buna görə də bu hissədə bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib-bu haqda Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsinin məlumatında deyilir.
Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən, Mleta-Qudauri hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti dayanmadan həyata keçiriləcək. Qeyd olunan rejimdə hərəkət patrul polisinin bilavasitə nəzarəti və koordinasiyası ilə həyata keçiriləcək.
Avtomobil yolunun qalan hissələrində avtonəqliyyatın hərəkəti sərbəstdir.