Qudauri (post)-Kobi hissəsində qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti qadağandır
Qudauri (post)-Kobi hissəsində qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti qadağandır

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri (Post)-Kobi hissəsində qar və aşağı temperatur səbəbindən qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti qadağan edilib, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti isə sərbəstdir.

Magistral yolun qalan hissələrində avtomobillərin hərəkəti sərbəstdir.