Qudauri (post)-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır
Qudauri (post)-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır

Əlverişsiz hava şəraiti (güclü qar, külək) ilə əlaqədar beynəlxalq əhəmiyyətli Mtsxeta-Stefantsminda-Larsi avtomobil yolunun Qudauri (Post)-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. – Bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti məlumat yayıb.

Qurumdan verilən məlumata görə, sözügedən hissədə digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.

“Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, Stepantsminda-Larsi hissəsində nəqliyyatın hərəkəti dayanmadan həyata keçiriləcək. Hərəkət sözügedən rejim çərçivəsində patrul polisinin birbaşa nəzarəti və koordinasiyası ilə həyata keçiriləcək. – bu barədə avtomobil yolları idarəsinin məlumatında deyilir.