Qudauri-Kobi yolunda qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti qadağandır
Beynəlxalq əhəmiyyətə malik Mtsxeta-Stepantsminda-Lars magistral yolunun (Rusiya Federasiyasının sərhədi) Qudauri (poçt)-Kobi hissəsində çətin meteoroloji şərait (çovğun və məhdud görmə məsafəsi) ilə əlaqədar qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti qadağandır, – məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin avtomobil yolları departamenti yayır.
Qurumdan verilən məlumata görə, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.
“Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, Mleta-Qudauri və Qudauri (Post)-Kobi hissələrində nəqliyyatın hərəkəti səngiməsiz, Qudauri (Post)-Kobi hissəsində isə yalnız uçqunlardan qorunma tunelləri vasitəsilə həyata keçiriləcək”, – məlumatda bildirilib.
Müəllif -
Mehemmed Bayramaliyev