Qudauri-Kobi yolunda qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib
Təmizləmə işləri nəticəsində beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri (Poçt)-Kobi hissəsində qoşqu və yarımqoşqularla hərəkət bərpa edilib. Bu barədə Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb.
“Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, Qudauri (Post)-Kobi hissəsində nəqliyyatın hərəkəti səngimədən, yalnız uçqundan mühafizə tunelləri vasitəsilə həyata keçiriləcək. Tunellərdə tutumu 30-dan çox olan avtobusların, qoşqu və yarımqoşquların hərəkəti birtərəfli həyata keçiriləcək. Hərəkət, qeyd olunan rejimdə patrul polisinin bilavasitə nəzarəti və koordinasiyası ilə həyata keçiriləcək”, – məlumatda bildirilir.
Müəllif -
Mehemmed Bayramaliyev