Qudauri-Kobi yolunda qoşqu və yarımqoşqulu nəqliyytların hərəkəti bərpa edilib
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamentinin məlumatına görə, aparılan təmizləmə işləri nəticəsində Beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri (Poçt)-Kobi hissəsində qoşqu və yarımqoşqulu nəqliyyatların hərəkəti bərpa edilib.
Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, yolun Qudauri (poçt)-Kobi hissəsində nəqliyyatın hərəkəti səngiməsiz şəkildə, yalnız uçqun tunelləri vasitəsilə həyata keçiriləcək. Tunellərdə tutumu 30-dan çox olan qoşqu və yarımqoşqulu avtomobillərin və avtobusların hərəkəti birtərəfli həyata keçiriləcək. Qeyd olunan rejimdə yolların hərəkəti patrul polisinin bilavasitə nəzarəti və koordinasiyası ilə həyata keçiriləcək.
Müəllif -
Mehemmed Bayramaliyev