Qudauri-Kobi yolu hissəsində traylerlərin hərəkəti qadağandır
Qudauri-Kobi yolu hissəsində traylerlərin hərəkəti qadağandır

Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, çətin meteoroloji şəraitə görə, Msxeta-Stepansminda-Larsi yolunun Qudauri-Kobi hissəsində yedəkli və yarımyedəkli avtonəqliyyat vasitəsinin hərəkəti qadağandır.

İdarənin məlumatına görə, traylerlərdən başqa, başqa növ avtonəqliyyat vaisitəsinin hərəkəti azaddır.

“Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, Mleta-Qudauri və Qudauri-Kobi hissəsində avtonəqliyyatın hərəkəti dayanmadan keçmə rejimində, yalnız tunellərin istifadəsi ilə həyata keçiriləcək”, – Avtomobil Yolları Departamentində bəyan edirlər.