Qudauri-Kobi yolu hissəsində qar uçqunu təhlükəsi aradan qaldırılıb və təmizləmə işləri aparılır
Beynəlxalq əhəmiyyətli Msxeta-Stepansminda-Larsi avtomobil yolunun Qudauri-Kobi hissəsinin km93-km99 və km105-km107-də hissəsində qar uçqunu təhlükəsi aradan qaldırılıb və təmizləmə işləri aparılır.
Bu barədə məlumatı Gürcüstan Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayır.
Elə onların məlumatına görə, Qudauri-Kobi hissəsinin km100-km104-də qar uçqunu təhlükəsi qalır.
Onların məıumatına əsasən, qeyd olunan hissədə təmizləmə işləri qar uçqunu təhlükəsi aradan götürülən kimi başalayacaq.