Qudauri-Kobi hissəsində yüngül nəqliyyatın hərəkəti bərpa edilib
Qudauri-Kobi hissəsində yüngül nəqliyyatın hərəkəti bərpa edilib

 

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentindən verilən məlumata görə, həyata keçirilən intensiv təmizləmə işləri nəticəsində beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri-Kobi hissəsində yüngül avtomobillərin hərəkəti bərpa edilib.

Onların verdiyi məlumata görə, bu mərhələdə sözügedən hissədə qoşqulu və yarımqoşqulu atomobillərin hərəkəti qadağandır.

” Ətraf Mühit üzrə Milli Agentlikdən verilən məlumata görə, Mleta-Qudauri və Qudauri-Kobi hissələrində nəqliyyatın hərəkəti fasiləsiz rejimdə, yalnız uçqundan mühafizə tunelləri vasitəsilə həyata keçiriləcək.

Avtomobil Yolları İdarəsi əhalini avtomobillərini qış mövsümünə uyğun təkərlərlə təmin etməyə, saz vəziyyətdə olan avtomobillə hərəkət etməyə və magistral yollarda tətbiq olunan rejimlərə əməl etməyə çağırır” -deyə Avtomobil Yolları Departamentinin açıqlamasında bildirilir.