Qudauri-Kobi hissəsində yüngül minik nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib
Qudauri-Kobi hissəsində yüngül minik nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib. Məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsi yayır.
“Həyata keçirilmiş təmizləmə işləri nəticəsində beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri (Posta)-Kobi hissəsində yüngül minik nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti isə qar səbəbilə qadağan edilib.
Milli Ətraf Mühit Agentliyinin verdiyi məlumata əsasən, Qudauri (Posta)-Kobi hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti dayanmadan keçmə rejimində, yalnız qar uçqunundan müdafiə tunelləri vasitəsilə həyata keçiriləcək” – məlumatda qeyd olunub.