Qudauri-Kobi hissəsində yüngül avtonəqliyyat vasitəsinin hərəkəti bərpa edilib, qar və yolun buz bağlaması səbəbindən qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti qadağan edilib
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamentinin məlumatına görə, təmizlik işləri nəticəsində beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri (Posta)-Kobi hissəsində yüngül avtonəqliyyat vasitəsinin hərəkəti bərpa edilib, qar və yolun buz bağlaması səbəbindən qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitəsinin hərəkəti qadağan edilib.
Milli Ətraf Mühit Agentliyindən verilən məlumata görə, Mleta-Qudauri və Qudauri (Posta)-Kobi hissələrində nəqliyyatın hərəkəti fasiləsiz rejimdə, Qudauri (Posta)-Kobi hissəsində yalnız uçqundan mühafizə tunelləri vasitəsilə həyata keçiriləcək.
Tunellərdə sərnişindaşıma üçün 22 oturacaqdan çox (sürücü oturacağı istisna olmaqla) qoşqulu, yarımqoşqulu və M3 kateqoriyalı avtonəqliyyat vasitələrin hərəkəti birtərəfli şəkildə həyata keçiriləcək.