Qudauri-Kobi hissəsində yüngül avtomobillərin hərəkəti bərpa edilib
Qudauri-Kobi hissəsində yüngül avtomobillərin hərəkəti bərpa edilib

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamentinin məlumatına görə, təmizləmə işləri nəticəsində beynəlxalq əhəmiyyətli Mtsxeta-Stephantsminda-Larsi avtomobil yolunun Qudauri(Posta)-Kobi hissəsində yüngül avtomobillərin hərəkəti bərpa edilib, qalın buz səbəbindən qoşqulu və yarımqoşqulu avtonəqliyyatın hərəkəti qadağan edilib.

Mleta-Qudauri və Qudauri(Posta)-Kobi hissələrində avtonəqliyyatın hərəkəti dayanmadan, fasiləsiz şəkildə, Qudauri(posta)-Kobi hissəsində isə yalnız qar uçqunundan mühafizə tunelləri vasitəsilə həyata keçiriləcək.

Qeyd olunan rejimdə hərəkət patrul polisinin birbaşa nəzarəti və koordinasiyası ilə həyata keçiriləcək.