Qudauri-Kobi hissəsində yedəkli və yarımyedəkli avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edildi
Təmizləmə işləri nəticəsində beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri (Posta)-Kobi hissəsində yedəkli və yarımyedəkli avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edildi.
Bu barədə məlumatı Gürcüstanın Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayır.
“Milli Ətraf Mühit Agentliyi tərəfindən verilən məlumatda Mleta-Qudauri və Qudauri (Posta)-Kobi hissələrində avtonəqliyyat vasitələrinin hərəkətinin dayanmadan həyata keçiriləcəyi deyilir. Qudauri (Posta)-Kobi hissəsində, yalnız qar uçqunundan qorunma tunelləri vasitəsilə. Tunellərdə yüdəkli, yarımyedəkli və tutumu 30 yerdən çox olan avtobusların hərəkəti birtərəfli qaydada həyata keçiriləcək” – məlumatda deyilir