Qudauri-Kobi hissəsində yedəkli avtonəqliyyat vasitəsinin hərəkəti qadağandır
Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, Msxeta-Stepansminda-Larsi yolunun Qudauri-Kobi hissəsində qar sürüşmsi təhlükəsi yüksəkdir, bu səbəbdən qeyd olunan hissədə bütün növ avtonəqliyyatın hərəkəti qadağandır. Bu barədə məlumatı Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayır.
Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, Mleta-Qudauri hissəsində avtonəqliyyat vasitəsinin hərəkəti dayanmadan hərəkət etmə rejimində, yalnız tunellərin istifadəsi ilə həyata keçiriləcək.
Qeyd olunan rejimlə hərəkət Patrul Polisinin bilavasitə nəzarəti və koordinasiyası ilə həyata keçiriləcək. Yolun qalan hissələrində hərəkət sərbəstdir.