Qudauri-Kobi hissəsində yedəkli avtonəqliyyat vasitəsinin hərəkəti qadağandır
Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentininin məlumatına görə, intensiv qara və aşağı temperatura görə, beynəlxalq əhəmiyyətli Msxeta-Stepansminda-Larsi (Rusiya Federasiyası) avtomobil yolunun Qudauri(Posta) -Kobi hissəsində yedəkli və yarımyedəkli avtonəqliyyat vasitəsinin hərəkəti qadağandır, başqa növ avtonəqliyyat vasitəsi üçün hərəkət isə, azaddır.
Qudauri(Posta) -Kobi hissəsində avtonəqliyyat vasitəsinin hərəkəti dayanmadan hərəkət etmə rejimində, yalnız tunellərin istifadəsi ilə həyata keçiriləcək.
Qeyd olunan rejimlə hərəkət Patrul Polisinin bilavasitə nəzarəti və koordinasiyası ilə həyata keçiriləcək.