Qudauri-Kobi hissəsində yedəkli avtomobillərin hərəkəti bərpa olundu
Gürcüstan Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, həyata keçirilmiş təmizləmə işləri nəticəsində Qudauri-Kobi hissəsində yedəkli avtomobillərin hərəkəti bərpa olundu.
Beynəlxalq əhəmiyyətli Msxeta-Stepansminda-Larsi (Rusiya federasiyası) avtomobil yolunda bütün növ avtonəqliyyat vasitəsinin hərəkəti azaddır.